Almaniya millisi ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, yığmanın əsas üzvlərindən olan Məsut Özil zədələnib.
Belində və dizində ağrılar olan futbolçu son 4 gündə məşqə çıxmır. 29 yaşlı yarımmüdafiəçinin dünya çempionatını buraxmaq ehtimalı da var.
Qeyd edək ki, Özil Avstraliya ilə yoxlama oyununda zədələnib.
Fanat.Az