"DÇ-2018" ərəfəsində Braziliya millisinin futbolçularına seks qadağan olunacaqmı?
Fanat.Az xəbər verir ki, bu suala yığmamın həkimi Rodriqo Lasmar cavab verib.
"Globo Esporte"yə danışan Lasmar "Düşünmürəm ki, belə bir qadağa olsun. Seks təbii haldır. Bizim də millidi də cavan, sağlam futbolçular var. Onlar boş zamanlarda sekslə məşğul ola bilərlər. Çünki üzərlərində dünya çempionatının gərginliyi olacaq. Bu bizim üçün problem deyil", deyə bildirib.
Qeyd edək ki, bir müddət öncə Almaniya millisinin baş məşqçisi Yoham Löv "DÇ-2018" ərəfəsində futbolçulara seks qadağası qoyduğunu bildirmişdi. Meksika millisi isə mundialdan öncə əyləncə quraraq futbolçuları əyləndirəcək 30 qız dəvət olunmuşdu.
Fanat.Az