"Qarabağ"dan ayrılan İbrahim Şehiç karyerasını Türkiyə Super Liqasında davam etdirəcək.
Fanat.Az "Erzurum Haber"ə istinadən xəbər verir ki, Bosniya və Hersoqovina millisinin qapıçısı Super Liqaya vəsiqə qazanan "Ərzurumspor"la anlaşıb. Onun qarşıdakı günlərdə Ərzuruma gedərək rəsmi müqaviləyə imza atacağı deyilir.
Qeyd edək ki, 2013-2018-ci illərdə "Qarabağ”ın formasını geyinən Şehiç daha əvvəl vətənində "Jelezniçar” və Türkiyədə "Mersin İdman Yurdu” komandalarında çıxış edib. Onun İtaliyanın "Parma" klubuna keçəcəyi deyilirdi.
Fanat.Az