"Təbii ki, oyunun nəticəsi ürəyimcə deyil. Əvvəlki iki görüşdə – Estoniya və Litva ilə matçlarda daha yaxşı oynamışdıq”.
Fanat.Az xəbər verir ki, bu sözləri Latviya millisinin baş məşqçisi Miksu Patelaynen deyib.
Yığmamızla yoldaşlıq oyununda üz-üzə gələn Latviya seçməsi 1:3 hesabı ilə uduzub. Matçdan sonra fikirlərini yerli mətbuatla bölüşən finlandiyalı mütəxəssis oyunu belə şərh edib: "Ümid edirdim ki, Azərbaycana qarşı da belə olacaq, amma alınmadı. Əvvəlki səviyyəmizdən çox uzaq idik. Rəqibin oyununu təhlil etmişdik, onların təhlükəli oyunçuları olduğunu bilirdik. Heyətlərində yaxşı oynamağı bacaran təcrübəli futbolçular var. Mental olaraq bu matça hazır deyildik. Hücumçularımız çox şans qazana bilmədi. Azərbaycan yığması bütün komponentlərdə - fiziki və psixoloji olaraq bizdən üstün idi”.
Fanat.Az