İbrahim Şehiçin "Qarabağ”dan getməsinin səbəbi bəllidi.
Fanat.Az-ın xəbərinə görə, Bosniya və Hersoqovina millisinin qolkiperi yığmanın çalışdırıcısının məsləhəti ilə belə addım atıb. Daha öncə seçməmizi çalışdıran Robert Prosineçki İbrahimə "millidə əsas qapıçı olmaq istəyirsənsə, Azərbaycan çempionatı ilə vidalaş” deyib. Əlcək sahibi bu üzdən Ağdam klubuyla yolları ayırmağa qərar verib.
Qeyd edək ki, Şehiç Türkiyə Superliqasına vəsiqə bu mövsüm vəsiqə qazanan "Ərzurumspor”a keçməyə yaxındı.
Fanat.Az