"İstədiyi kimi oynamadığımıza görə baş məşqçimiz əsəbi idi. Bu, zəiflikdən irəli gəlir? Səbəbini özü daha dəqiq deyər”.
Fanat.Az-ın məlumatına görə, bunu Latviya millisinin forvardı Artur Karaşauskas deyib.
Yerli mətbuata danışan 26 yaşlı hücumçu Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib. O, yığmamızı Baltik Kubokundakı rəqibləri ilə müqayisə edib: "Çoxlu səhvlərə yol verdik. Qol vura bilmədik və onlar qələbə qazandılar. Hazırda Azərbaycanın çox yaxşı komandası var. Litva və Estoniya ilə müqayisədə onların oyunçuları fərdi cəhətdən daha güclüdü. Bu üzdən topa daha çox nəzarət edir, onunla yaxşı davranır və düzgün qərarlar verirdilər. Müntəzəm hücumlar qura bilməməyimizin səbəblərini açıqlamaq çətindi. Yəqin ki, kənardan baş məşqçi daha yaxşı görüb. Ola bilsin, ardıcıl iki qol buraxmaq öz oyunumuzu göstərmək istəyimizi "öldürdü”. Mümkün qədər tez qol vurmaq istəyirdik. Amma bu məqsəd bizə problem yaratdı”.
Qeyd edək ki, Riqadakı "Dauqava" stadionunda keçirilən Latviya – Azərbaycan oyunu təmsilçimizin 3:1 hesablı qələbəsi ilə nəticələnib.
Fanat.Az