2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə müqavilə imzalayıb.
Fanat.Az-ın məlumatına görə, "kimyaçılar" "Qəbələ"nin müdafiəçisi Yusif Nəbiyevi 1 illik icarəyə götürüb. 20 yaşlı futbolçu "Sumqayıt"da 2016/17 mövsümündə də icarə əsasında çıxış etmişdi. Daha sonra "Zirə”də də eyni statusla top qovan futbolçu qışda Qəbələyə qayıtmışdı.
Fanat.Az