Millimizin yarımmüdafiəçisi Dmitri Nazarov klubunun - "Erzgebirge”nin təlim-məşq toplanışına gec qoşulacaq.
Fanat.Az xəbər verir ki, bunu futbolçu Almaniya mətbuatına açıqlamasında deyib. Komanda yoldaşları istirahət etdiyi bir vaxtda Nazarov yoldaşlıq görüşləri üçün millimizin düşərgəsində idi. Nəhayət, istirahətə yollanan 28 yaşlı orda xətt oyunçusu yolulduğunu söyləyib.
Dmitri baş məşqçisi Hannes Dryusdan istirahət üçün əlavə 3-4 gün vaxt istəyəcəyini dilə gətirib: "Mənə istirahət lazımdı. Baş məşqçidən vaxt istəyəcəm. Çünki mövsüm təkcə fiziki yox, həm də psixoloji cəhətdən yorucu keçdi. Bu il əvvəlki ilə müqayisədə daha gərgin oldu. Yorucu, uzun yollar qət etməli olduq və yenidən bərpa olmağa vaxt yox idi”.
Qeyd edək ki, Dmitri Nazarov millimizin toplanışı çərçivəsində Qırğızıstanla matçda 32, Qazaxıstanla qarşılaşmada 45 dəqiqə iştirak edib, Latviya ilə oyunu isə ehtiyatda keçirib.
Fanat.Az