"Azərbaycana qarşı əks-hücum taktikası müəyyənləşdirmişdik. Müdafiədə etibarlı oynamaq, sürətli hücumlar planlaşdırırdıq. Amma istəyimizi həyata keçirə bilmədik”.
Fanat.Az-ın məlumatına görə, bunu Latviya yığmasının müdafiəçisi Vladislav Qabov deyib. Ölkəsinin mətbuatına açıqlama verən 31 yaşlı futbolçu Riqada Azərbaycan millisi ilə keçirilən yoldaşlıq oyunundan danışıb: "Müdafiədə rəqibin təhlükəli əks-hücumları ilə üzləşdik. Hesabda geri düşdükdən sonra isə yalnız müdafiə oluna bilməzdik. Hücumlar qurduq. Ancaq bu, hesabın böyüməsiylə nəticələndi. Biz qol vurmaq istəyirdik, Azərbaycan vurdu. Məsələ yalnız qapıçının səhv etməsində deyil. Komanda şəklində çox səhvlər buraxdıq. Hər səhv isə futbolçuda özünəinamı azaldır”.
Qabov yığmamızı bir neçə gün əvvəl Baltik kubokunda qarşılaşdıqları Estoniya ilə də müqayisə edib: "Məncə, Estoniyanın daha çox hücum etmək şansı var idi, topa nəzarət onlarda idi. Hücumun keyfiyyəti komandanın topla oynamasından asılıdı. Azərbaycan isə hücuma çıxmaqda problem yaşayırdı”.
Qeyd edək ki, Latviya – Azərbaycan matçı millimizin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Fanat.Az