"Zirə” yay fasiləsinin ilk transferini reallaşdırıb.
Fanat.Az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu İlkin Qırtımovla anlaşıb.
"Neftçi” ilə yollarını ayıran cinah müdafiəçisi yeni mövsümdən "Zirə”nin formasını geyinəcək. 28 yaşlı futbolçu yeni komandası ilə birillik müqavilə bağlayıb.
Qeyd edək ki, İlkin Qırtımov əvvəllər "Simurq” və "Keşlə”də də çıxış edib.
Fanat.Az