"Sumqayıt” daha bir futbolçu ilə müqavilə imzalayıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi "Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb.
Bu, "Sumqayıt"ın 4-cü transferi olub. Nazim Süleymanovun baş məşqçi olduğu kollektivə daha əvvəl Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyev cəlb edilib.
Qeyd edək ki, Yusif Nəbiyev 2016/17 mövsümündə də "Sumqayıt"ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.
Fanat.Az