Dünya çempionatında iştirak edəcək Meksika millisinin heyətində dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, Dieqo Reyes dizaltı vətəri zədələndiyi üçün heyətdən çıxarılıb. "Portu”nun 26 yaşlı müdafiəçisini Meksikann "Paçuka” klubunun yarımmüdafiəçisi Erik Qutyerres əvəzləyib.
Qeyd edək ki, mudialın oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. F qrupunda yer alan Meksika millisi iyunun 17-də Moskvada Almaniya, iyunun 23-də Rostov-Donda Cənubi Koreya, iyunun 27-də isə Yekaterinburqda İsveçlə qarşılaşacaq.
Fanat.Az