"Sumqayıt”ınyeni baş məşqçisi Nazim Süleymanovun köməkçilərindən birinin adı müəyyənləşib.
Fanat.Az xəbər verir ki, mütəxəssis özünə tanış sima ilə çalışmağa üstünlük verib. Son olaraq "Neftçi”də köməkçi-məşqçi vəzifəsində çalışan Novruz Əzimovla razılıq əldə edilib. O, bugünlərdə "Sumqayıt" rəsmiləri ilə görüşüb və komandada çalışmağa razılıq verib.
Qeyd edək ki, Novruz Əzimov "Olimpik”də və 19 yaşadək milli komandamızda Nazim Süleymanovun köməkçisi vəzifəsində çalışıb. 58 yaşlı məşqçi "Dinamo” və "Bakı” klublarında baş məşqçi vəzifəsində fəaliyyət göstərib. O, "Bakı” ilə 2011/12 mövsümündə Azərbaycan kubokunun qalibi olub.
Fanat.Az