Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun komandasının - "Erzgebirge”nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Aue təmsilçisini bundan sonra Daniel Meyer çalışdıracaq. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.
Meyer baş məşqçi postundan bir müddət öncə istefa vermiş Hannes Dryusu əvəz edib. Hansı ki, o, mövsüm bitəndən sonra klub rəhbərliyi ilə qarşılıqlı razılıq əsasında postundan getmişdi.
"Erzgebirge” Almaniya 2-ci Bundesliqasında mövsümü 40 xalla 18 iştirakçı arasında 16-cı pillədə başa vurmuşdu. Bu üzdən 3-cü Bundesliqadan gələn "Karlsrue” ilə pley-off oyunları keçirmək məcburiyyətində qalan Aue klubu iki görüşün nəticəsinə əsasən (0:0, 3:1) 2-ci Bundesliqadakı yerini qoruya bilmişdi.
Fanat.Az