"Neftçi" daha bir transfer reallaşdırıb.
"Ağ-qaralar" xorvatiyalı Slavko Braliçlə 1 illik müqavilə imzalayıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək. Son klubu "Şiroki Briyeq” (Bosniya və Herseqovina) olan Slavko Xorvatiyanın "Omladinas Vranyiç”, "Solin” və "Osiyek” komandalarında çıxış edib.
Qeyd edək ki, "Neftçi” daha öncə cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonu heyətə qatmışdı.
Fanat.Az