Dünən istirahətdən qayıdan Dani Kintana ilə "Qarabağ” hələ ortaq məxrəcə gələ bilməyib.
Fanat.Az xəbər verir ki, Polşa və İspaniya klublarından təkliflər alan orta xətt oyunçusu düşünmək üçün vaxt istəyib. 2013-2015 aralığında şərəfini qoruduğu sabiq klubu "Yaqelloniya"nın transfer hədəfinə çevrilən Dani daha çox maaşa oynamaq şansının olduğunu da ağdamlılara çatdırıb.
Kintana 2015-ci ildən "Qarabağ"dadı.
Fanat.Az