Kosovo "Drita”sından ayrılan Amit Quluzadə özünə klub axtarır.
Fanat.Az xəbər verir ki, menecerlər vasitəsi ilə xidməti bir neçə kluba təklif edilən Quluzadə xarici klubların heç biriylə şifahi razılığa belə gəlməyib. Premyer Liqa təmsilçilərindən isə onun "Zirə”yə keçmək ehtimalı daha çoxdu. Tərəflər arasında aparılan ilkin danışıqlar müsbət yekunlaşıb.
Qeyd edək ki, sözügedən futbolçu "Drita"yla Kosovo çempionu olub.
Fanat.Az