Dünyanın ən güclü klublarının növbəti reytinq siyahısı açıqlanıb.
Fanat.Az xəbər verir ki, clubworldranking.com-un hazırladığı siyahıda Azərbaycanın 4 klubu yer alıb.
Hesabında 1169 xal olan "Qarabağ” təmsilçilərimiz arasında ən yaxşıdı. Ağdm klubu yenə 526-cı sırada qərarlaşıb.
"Keşlə” 368 xalla 717-ci (-1), "Qəbələ” 255 xalla 747-cü (1), "Zirə” isə 217 xalla planetin 774-cüsüdü (-1).
Qeyd edək ki, siyahıya 16378 xalla Madrid "Real”ı başçılıq edir. "Barselona” 15485 xalla 2-ci, "Qremio” (Braziliya) 14679 xalla 3-cüdü.
Fanat.Az