Mövsümlərarası fasilədə transfer çalışmalarını davam etdirən "Səbail” növbəti müqaviləsini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi Fəhmin Muradbəylini heyətində saxlayıb.
2017/18 mövsümünün qış fasiləsində "Neftçi”dən icarəyə götürülən yarımmüdafiəçi yenə "Səbail”in uğurları üçün çalışacacaq. Onunla icarə müqaviləsi uzadılıb.
Qeyd edək ki, Fəhmin ötən mövsümdə "Səbail”də keçirdiyi 13 oyunda 3 qol vurub.
Fanat.Az