"Qəbələ” mövsümlərarası fasilədə hazırlıqlarını davam etdirir.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar” Qəbələdə gerçəkləşən təlim-məşq toplanışının 5-ci gününü başa vurub.
Komanda iki dəfə məşq edib. Sabah Qəbələ şəhər stadionunda baş tutacaq məşq prosesi ilə hazırlığın 1-ci mərhələsi başa çatacaq.
Ardınca Bakıya yollanacaq "Qəbələ” paytaxtda yoxlama oyunu keçirəcək. Premyer Liqad təmsilçisi iyunun 18-də I divizion klubu MOİK-lə üz-üzə gələcək. Qarşılaşma saat 11:30-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ” iyunun 20-də Sloveniya təlim-məşq toplanışına yollanacaq.
Fanat.Az