"Neftçi” daha bir futbolçu ilə müqavilə müddətini artırıb.
Fanat.Az xəbər verir ki, ötən mövsüm komandanın heyətində çıxış edən Emin Mahmudov daha 2 il "ağ-qara" formanı geyinəcək.
Milli komandamızın da üzvü olan 26 yaşlı yarımmüdafiəçi ötən mövsüm 27 oyunda 2 qola imza atıb.
Qeyd edək ki, bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov və Məhəmməd Mirzəbəyovla da müqavilə yenilənmişdi.
Fanat.Az