"Unanimous" adlı süni intellekt futbol üzrə dünya çempionatının qalibi barədə proqnoz verib.
Fanat.Az xəbər verir ki, 2010-cu ildə oktapod qarşısına qoyulan ölkə bayraqları arasında seçim etmiş, nəticəni düzgün bilmişdi. Eyni sual hazırda Rusiyada keçirilən "DÇ-2018" yarışları barədə süni intellektə verilib. "Unanimous" Almaniyanın qələbə qazanacağını bildirib. Almaniya birinciliyinə 20,39%, Braziliyanın liderliyinə isə 18,95% ehtimal verib. Növbəti pillələrdə Fransa və İspaniya qərarlaşıb.
Süni intellektin proqnozuna əsasən finalda Almaniya və Braziliya yarışacaq, almanlar 2:1 hesabı ilə "DÇ-2018"in qalibi olacaq.
Fanat.Az