"Mən və məşqçi yoldaşlarıma güclü komanda həvalə olunub. Ona görə də əlimizdən gələni edəcəyik ki, növbəti mövsümdə maksimum nəticə göstərək. Xoş təəssüratlarımız var. Gələcəyə ümidlə baxırıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib. İtaliyalı mütəxəssis komandanın bugünkü açıq məşqi zamanı jurnalistlərin suallarını cavablandırıb.
Transferləri klub rəhvərliyinin etdiyini deyən Bordin yeni oyunçulardan razı olduğunu bildirib: "Rəhbərliyimizin etdiyi transferlər çox güclü oyunçulardı. Belə məsələləri daha çox klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovla danışın. Çünki mən transfer məsələlərinə qarışmıram. Amma təbii ki, öz məsləhətlərimi verirəm. "Neftçi" böyük klubdu. Hamı gəlib bu komandada oynamaq istəyir. Amma gərək indidən bir söz deməyək. Təbii ki, bəzi mövqelərə açar oyunçular lazımdı. Yəqin ki, yaxın günlərdə onlar da olacaq".
Mütəxəssis "İtaliya mətbuatına açıqlamanızda "Qarabağ"la rəqabətdə çempionluğun asan olmayacağını demisiniz. "Neftçi"ni çempion edə biləcəksiniz" sualına belə cavab verib: "Ola bilsin, siz səhv oxumusunuz. Mən heç vaxt elə ifadə işlətməmişəm. Ola bilsin, "Qarabağ" kimi güclü komandanın olduğunu demişəm. Amma deməmişəm ki, "Neftçi" ilə çempion olmaq çətindi. Yeni oyunçular transfer etməyə hazırlaşırıq. Çalışacağıq ki, növbəti mövsüm baş rolda biz olaq".
Fanat.Az