"Qəbələ"dən ayrılan Vitali Vernidubun yeni klubu müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Vernidub Ukrayna təmsilçisi "Zarya"nın təlim-məşq toplanışına qatılıb. Bu haqda Luqansk klubunun rəsmi saytı məlumat yayıb.
"Report" Luqansk klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçi iyunun 18-dən başlanan hazırlıq prosesində iştirak edir.
Onun əsas komandada qalıb-qalmayacağı hələlik bilinmir. İyunun 30-dək Zaporojye şəhərində hazırlıq keçəcək "Zarya" ertəsi gün Sloveniyaya yollanacaq. Vernidub klubda qalsa, "Qəbələ" ilə Adriatik dənizi sahillərində görüşə biləcək.
"Zarya"nın baş məşqçisi Vitali Vernidubun atası Yuri Vernidubdur. "Qəbələ" ukraynalı legioneri ilə başa çatan müqaviləni uzatmayıb.
Fanat.Az