İyunun 22-dən Türkiyənin Topuk yaylası bölgəsində təlim-məşq toplanışında olacaq "Neftçi"nin yoxlama oyunlarındakı 4 rəqibindən 2-si müəyyənləşib.
Fanat.Az xəbər verir ki, flaqman iyunun 28-də Rumıniyanın "Dunarea Kalarasi”, iyulun 5-də isə "Politexnika” klubuna qarşı oynayacaq. Digər iki komandanın adlarına yaxın zamanda aydınlıq gələcək.
Qeyd edək ki, təlim-məşq toplanışı iyulun 6-dək davam edəcək.
Fanat.Az