"Neftçili Yay Futbol Düşərgəsi" davam edir: 2-ci qrup başa çatdı - FOTO/VİDEO
"Neftçi" PFK "Neftçili Yay Futbol Düşərgəsi” keçirir.
Fanat.Az xəbər verir ki, AFFA-nın, Təhsil Nazirliyinin, "Məktəblinin dostu” layihəsinin və "ASAN Könüllüləri” Təşkilatının dəstəyi ilə məktəblilər arasında keçirilən tədbir 3 qrupdan ibarət olacaq.
1-ci qrupda tədbir iyunun 16-18 iyun tarixlərində keçirilib. Düşərgədə hər qrupun ilk iki günündə səhər və günorta proqramına nahar yeməyi və müxtəlif müsabiqələr daxildi.
1-ci qrupun 2-ci gününün səhər proqramında futbol oynayıb, müxtəlif tapşırıqları yerinə yetirən uşaqlar nahar fasiləsindən sonra viktorinalarda qüvvələrini sınayıblar.3-cü gün səhər proqramından sonra mükafatlandırma mərasimi keçirilib. Uşaqlara sertifikatları və hədiyyələri "Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov təqdim edib.
İyunun 19-da 2-ci qrupun proqramı başlayıb. Səhər proqramında futbol oynayıb, müxtəlif tapşırıqları yerinə yetirən uşaqlar nahar fasiləsindən sonra viktorinalarda qüvvələrini sınayıblar.
3 gün davam edən qrupun tədbirləri olduqca maraqlı alınıb. 2-ci qrup bu gün başa çatıb. Səhər proqramından sonra mükafatlandırma mərasimi baş tutub. Uşaqlara sertifikatları və hədiyyələri "Neftçi” PFK-nın vitse-prezidenti Elnur Eyvazov təqdim edib.
Qeyd edək ki, "Neftçili Yay Futbol Düşərgəsi”ndə 3-cü qrupun tədbirləri sabah başlayacaq və iyunun 24-də başa çatacaq.