Samir Əliyevin yeni iş yeri müəyyənləşib.
Aut.az-ın əldə etdiyi məlumata görə, mütəxəssis yenidən "Səbail"ə qayıdıb. O, bu dəfə Bakı klubunda baş məşqçi yox, idman direktoru kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Samir Əliyev 2017/18 mövsümündə "Səbail"i çalışdırıb. Klub rəhbərliyi mövsümün sonunda gözlənilmədən onu istefaya göndərmişdi.
Fanat.Az