Argentina Futbol Assosasiyası millinin baş məşqçisi Xorxe Sampaoli ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, mütəxəssis Xorvatiya ilə görüşdə qeydə alınan böyükhesablı məğlubiyyətə (0:3) baxmayaraq, hələlik postunda qalacaq.
O, mundial bitdikdən sonra istefaya göndəriləcək. Sampaolinin yığma ilə 5 illik müqaviləsi var. Müqavilə müddətini tamamlamadan qovulması halında, onun 20 milyon dollar təzminat alacağı bildirilir.
Fanat.Az