İtaliyanın "Peskara" klubunun qapıçısı Vinçentso Fyorillo "Qarabağ"ın təklifini qəbul etməyib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı qolkiper bununla bağlı "Instagram"da açıqlama yayıb.
"Məni bütün gücü ilə inandırmağa çalışan "Qarabağ"a isə təşəkkürümü bildirirəm. Lakin fikrimcə, pul hələ hər şey demək deyil" deyə Fyorillo bildirib.
28 yaşlı futbolçu "Peskara"nı çox sevdiyini və bu komanda ilə A Seriyasına qayıtmaq istədiyini qeyd edib.
Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Vintçentso Fiorellodan ötrü "Peskara"ya 600 min avro təklif etdiyini yazıb.
Fanat.Az