"Ötən mövsüm "Olimpiya” cəmi 3 oyunda uduzub. Ona görə də indi ən azından bu uğuru təkrarlamaq istəyirik”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Olimpiya”nın baş məşqçisi İliya Stolitsa deyib.
Stolitsa heyətlə bağlı problemlərinin olduğunu vurğulayıb: "Qarabağ” çox güclü heyətə malik olan komandadı. Heyəti formalaşdırmalı və mümkün qədər tez gücləndirməliyik. Bütün xətlərə oyunçu axtarırıq. Həm yerli, həm də əcnəbilər arasında seçim aparırıq. Müdafiəçi, universal yarımmüdafiəçi və hücumçu almaq istəyirik. Mənim razılığım olmadan heç kimin gəlməyəcəyinə zəmanət verə bilərəm. Əcnəbilər daha güclü olmalı və fərq yaratmalıdılar. Təsir göstərə bilmədiyim yeganə şey azalan vaxtdı”.
Fanat.Az