Ötən gün dünya çempionatı çərçivəsində İsveçlə qarşılaşan Almaniya 2:1 hesablı qələbə qazanıb. Baş məşqçi Yoahim Löv məğub olduqları Meksika matçı ilə müqayisədə heyətdə ciddi dəyişikliklər edib.
Fanat.Az xəbər verir ki, Meksika məğlubiyyətindən sonra "Müdafiədə sadəcə Jerom Boatenq və mən qalıram" deyən Mats Hummels ötən gün ehtiyatda qalıb. Onun əvəzinə Antonio Rudiger start heyətində yer alıb.
Daha bir önəmli dəyişiklik Məsut Özil olub. Almaniya yığmasının formasını geyindiyi gündən böyük turnirlərdəki bütün qarşılaşmalarda start heyətində yer alan türk ulduz bu dəfə ehtiyatda qalıb. Löv onun əvəzində "11-lik"də "Borussiya"nın (Dortmun) formasını geyinən Marko Roysa şans verib.
Fanat.Az