Dünya çempionatının bombardirlər yarışında ikihakimiyyətlilik yaranıb.
Fanat.Az xəbər verir ki, ən çox qol vuran futbolçuların yarışına Kriştiano Ronaldo və Romelu Lukaku başçılıq edir. Hər iki futbolçunun aktivində 4 qol var.
Portuqaliya millisinin ulduzu komandasının İspaniya ilə ilk turda heç-heçə (3:3) etdiyi matçda het-trik müəllifi olub, qələbə qazandıqları (1:0) Mərakeşlə qarşılaşmada isə yeganə qola imza atıb.
Belçika millisinin üzvü isə ilk turun Panama (3:0) və ikinci turun Tunislə (5:2) qarşılaşmalarında dubl edib.
Onları Rusiya millisindən Denis Çerişev və İspaniya yığmasından Dieqo Kosta izləyir. Hər iki futbolçu iki oyunda 3 qol vurub.
Braziliya millisindən Filipe Kountinyo, Rusiyadan Artyom Dzyuba, Belçikadan Eden Hazard, Avstraliyadan Mayl Jedinak, İgiltərədən Harri Keyn, Xorvatiyadan Luka Modriç və Nigeriyadan Əhməd Musa 2 dəfə fərqlənib.
Fanat.Az