Dünya çempionatının Tunislə oyununda 2 qol vuran Belçikanın ulduzu Romelu Lukaku tarixə düşüb.
Fanat.Az xəbər verir ki, Panama ilə ilk oyununda da dubl edən belçikalı ulduz Dieqo Maradonadan sonra dünya çempionatlarının ilk iki turunda dubl edən ilk futbolçu olub.
Belə ki, Argentina futbolunun canlı əfsanəsi 1986-cı ildə Meksikada keçirilən dünya çempionatının ilk iki turunda dubl etmişdi. Həmin vaxtdan bu uğuru heç kim təkrarlaya bilməmişdi. Maradonanın ilk iki oyunda dubl etdiyi mundialın qalibi Argentina olmuşdu.
Maradonadan əvvəl dünya çempionatlarının ilk iki turunda Qarrinça, Pele, Hari Lineker, Mario Kempes, Herd Müller və Eusebiyo da dubl edib.
Fanat.Az