"Neftçi" və Macarıstanın "Uypeşt" komandaları arasındakı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı müəyyənləşib.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyulun 12-də təşkil olunacaq qarşılaşma saat 21:00-da start götürəcək. Matç Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, hələlik UEFA cavab görüşünün başlama saatını açıqlamayıb.
Fanat.Az