FIFA "DÇ-2018"in Almaniya - İsveç matçı zamanı baş vermiş insidentlə əlaqədar araşdırmalara başlayıb.
Fanat.Az xəbər verir ki, almanların 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Almaniya yığmasının mətbuat katibi Ulrix Foyqt və Almaniya Futbol İttifaqının (DFB) meneceri Georq Belau rəqib komandanın ehtiyat oyunçular skamyasına tərəf qeyri-etik jest göstərib. Bu, uzatma dəqiqələrində Toni Kroosun vurduğu qələbə topundan sonra baş verib. Sonradan DFB İsveç millisindən üzr istəyib.
Qeyd edək ki, görüş iyunun 23-də Soçidəki "Fişt" stadionunda keçirilib.
Fanat.Az