Ölkəmizi Avroliqada təmsil edəcək "Keşlə” hücum xəttini gücləndirmək istəsə də, səviyyəli legioner tapa bilmir.
Fanat.Az-ın məlumatına görə, baş məşqçi Yuri Maksimov rəhbərliklə maliyyə məsələlərində yenə razılığa gələ bilmir. Belə ki,ukraynalı hücumçu və yarımmüdafiəçi ilə danışıqlar aparan Bakı təmsilçisi onların istədiyi məvacibi ödəyə bilməyəcəyini söyləyib. Adını dəqiqləşdirə bilmədiyimiz forvardın ayda 9 min dollar əməkhaqqı qarşılığında oynaya biləcəyini söyləməsi isə vəziyyəti daha da qəlizləşdirib. Bunun klubun büdcəsiylə uzlaşmayan istək olduğunu Maksimovun diqqətinə çatdıran rəhbərlik mütəxəssisi daha münasib variantlar üzərində fikirləşməyə səsləyib.
Fanat.Az