"Qarabağ” fransalı Abdullah Zubir ilə münasibətləri rəsmiləşdirib.
Fanat.Az klubun saytına istinadənməlumat verir ki, Ağdam təmsilçisi Mərakeş əsilli yarımmüdafiəçi ilə 2 illik anlaşıb.
Son klubu "Lans” olan Zubir karyerası ərzində "Qrenobl”, "İstr”, "Hibernian” və "Petrolul”da da çıxış edib. 27 yaşlı futbolçu pleymeyker və vinger mövqelərində oynamağı bacarır.
O, "Lans” heyətində keçirdiyi 70 oyunda 6 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az