"Qəbələ"nin Sloveniya toplanışı çərçivəsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənlişb.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar" Polşa "Krakoviya" klubu ilə qarşılaşacaq. Bu barədə Polşa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Oyun iyulun 4-də baş tutacaq. Polşalılar həmin gün Rusiya "Yenisey"i ilə qarşılaşmalı olsa da, onradan rəqib dəyişib.
Qeyd edək ki, "Qəbələ" Sloveniyadakı iok oyununda Albaniyanın "Kukesi" klubu ilə qarşılaşıb (1:1). Təmsilçimiz növbəti oyununu iyunun 28-də rəqib Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna qarşı keçirəcək.
Onu da qeyd edək ki, "Krakoviya"nın heyətində "Qəbələ"nin sabiq futbolçuları Xavi Ernandeslə Sergey Zenyov da forma geyinir.
Fanat.Az