Bu gün dünya çempionatınn qrup mərhələsi çərçivəsində son oyununu Panamaya qarşı keçirəcək Tunis millisində qapıçı problemi yaranıb.
Fanat.Az xəbər verir ki, heyətdə indi bir qapıçı var - Aymen Maslusin. Komandanın digər qapıçıları - Muez Hassen İngiltərə ilə oyunda, Faruk ben-Mustafa isə məşqdə zədə alıb.
Bu səbəbdən Panama ilə oyunun sifariş ərizəsinə bir qapıçının adı saınacaq. Tunis Futbol Federasiyası əlavə qapıçı sifariş etmək istəsə də, FIFA qaydaları əsas gətirərək rədd cavabı verib. Ali futbol qurumundan bildirilib ki, sifariş ərizəsində dəyişikliyi ilk oyuna bir sutka qalmışadək etmək mümkündür. Panama ilə qarşılaşmada Maslusinin potensial əvəzləyicisi hücumçu Fəxrəddin ben-Yussef olacaq.
Qeyd edək ki, bu gün Saranskda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlanacaq. Hələ xal qazanmayan Tunis və Panamanın qrupda qalacağı dəqiqləşib.
Fanat.Az