Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi” və Macarıstanın "Uypeşt” klubu arasında keçiriləcək cavab oyununun hakimləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, UEFA qarşılaşmanı yunan hakimlərə tapşırıb.
Matçın baş hakimi Anastasios Papapetru olacaq. Ona Vasilius Kampuris və Trifon Petropulos kömək edəcək. 4-cü hakim funksiyasını Angelos Evangelos yerinə yetirəcək.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də "Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə iyulun 19-da baş tutacaq.
Fanat.Az