"Trabzonspor" Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə yollarını ayıra bilər.
Fanat.Az xəbər vrir ki, bu barədə klub prezidenti Ahmet Ağaoğlu açıqlama verib.
O, hazırda Matuş Bero və Ramil Şeydayevin başqa komandaya keçidi ilə əlaqədar danışıqlar apardıqlarını bildirib. Klub prezidenti bildirib ki, bu transferlər baş tutsa, büdcəyə 8-8,5 milyon avro qənaət ediləcək.
"Onların xərclərini qarşılaya biləcək pulu bizə ödəsələr, hər iki futbolçu ilə yollarımızı ayıra bilərik. Amma yenə deyirəm, xərclərini ödəyəcəkləri təqdirdə"" deyə Ağaoğlu bildirib.
Fanat.Az