"Neftçi"nin daha bir rəqibi müəyyənləşib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "ağ-qaralar”ın Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi dəqiqləşib.
Paytaxt təmsilçisi həmin gün Bosniya və Herseqovinanın "Çelik” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın "Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş "Neftçi”nin iyulun 5-dəki rəqibi "Politexnika” (Rumıniya) olacaq.
Fanat.Az