"Qəbələ” Sloveniyadakı təlim-məşq toplanışının 12-ci gününü bir məşqlə yekunlaşdırıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşq prosesi fiziki və toplu çalışmalardan ibarət olub.
Zədəyə görə komandaya iyunun 27-dən qoşulan Cavid Hüseynov bərpa xarakterli məşqləri davam etdirib. Yarımmüdafiəçi topsuz, fərdi fiziki çalışmaları yerinə yetirib.
Fanat.Az