Bakıda təlim-məşq toplanışında olan "Zirə” transfer çalışmalarını sürətləndirib.
Paytaxt təmsilçisində artıq bir əcnəbi futbolçu baxışa cəlb olunub.
Bu, almaniyalı müdafiəçi Xalid Mesfindi. Dünən Bakıya gələn 26 yaşlı sol cinah oyunçusu artıq komanda ilə məşqlərə qoşulub. Baş məşqçi Ayxan Abbasov onu bir neçə yoxlama görüşündə sınamaq niyyətindədi. Yalnız bundan sonra Efiopiya əsilli oyunçu barədə yekun qərar veriləcək.
Qeyd edək ki, "Frankfurt”un yetirməsi olan Xalid Mesfin Almaniyanın bir neçə klubunda çıxış etdikdən sonra 2016-cı ildə Zapreşiç "İnter”inə keçib. Onun son klubu məhz Xorvatiya təmsilçisi olub. Hazırda azad agent statusuna malik olan Mesfin müdafiənin hər iki cinahında, eyni zamanda yarımmüdafiənin sol cinahında oynaya bilir. Futbolçu Almaniyanın U-16 və U-17 yığmalarının heyətində ümumilikdə 12 oyun keçirib. (Apasport.az)
Fanat.Az