Riçard Almeydanın Qazaxıstanın "Astana" klubuna keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, millimizin braziliyalı üzvü yeni klubu ilə 2 illik müqavilə imzalayıb. O, "Astana"da "Qəbələ"nin sabiq baş məşqisi Roman Qriqorçukun rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, Almeyda 2012-ci ildən "Qarabağ"da çıxış edirdi. 2017-ci ildən milli komandamıza cəlb olunan 29 yaşlı yarımmüdafiəçi 8 oyunda 1 qol vurub.
Fanat.Az