Futzal üzrə Azərbaycan kuboku uğrunda yarışın cari mövsümünə yekun vurulub. ABU Arena-da keçirilmiş final oyununda "Fənərbağça" və "Neftçi" İSM komandaları qarşılaşıb. Oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 2:2. Penalti seriyasında zərbələri daha dəqiq vuran "Neftçi" İSM 4:3 - ümumi nəticədə 6:5 - hesabı ilə qələbə qazanaraq kubokun sahibi olub.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib.
İdman24.az