Yaponiyanın dünya çempionatında mübarizəni dayandırmasından sonra yaponlar kahin osminoq "Rabio"nu bişirib yeyiblər.
Fanat.Az xəbər verir ki, osminoq Yaponiyanın Kolumbiyanı yenəcəyini, Seneqalla heç-heçə oynayacağını və Polşaya uduzacağını proqnozlaşdırmışdı. Yaponlar qrup mərhələsində Kolumbiyaya qalib gəlib (2:1), Seneqalla "sülh" bağlayıb (2:2), Polşaya isə uduzub (0:1).
"Rabio" proqnozlarını hovuzun hər birinə yem qoyulmuş fərqli bölmələrinə irəliləyərək verirdi. Hovuzda qələbə, məğlubiyyət və heç-heçə yazılmış üç ayrı bölmə var idi.
Məlumata görə, "Rabio" Polşa ilə oyundan əvvəl öldürülüb. Osminoqu yaxalayan Kimio Abe onu yeməyin daha sərfəli olduğna qərar verib. Nəticədə "Rabio"dan yapon yeməyi olan saşiminin hazırlanmasında istifadə edilib.
Qeyd edək ki, "Rabio" beylənxalq turnirlərdə proqnoz verən ilk osminoq deyildi. "DÇ-2010"da Almaniyada bir akvaryumda saxlanılan osminoq "Paul" 6 oyunun nəticəsini düz tapmışdı. O, 2012-ci ildə akvaryumda ölüb.
Fanat.Az