Çempionlar Liqasının I təsnifat mərhələsinin "Olimpiya" (Sloveniya) - "Qarabağ" oyununun hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, ki, 11 iyulda keçirilən matçı Belçikadan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanı Lourens Visser idarə edəcək. Ona Karel De Roker və Yo De Vayrd yardımçı olacaq. Dördüncü hakim funksiyasını Bram Van Drişe yerinə yetircək.
Matçın hakim-inspektoru litvalı Paulius Maljinskas, UEFA nümayəndəsi Şimali İrlandiyadan Çarls Con Qrandi olacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-i Bakıda olacaq.
Fanat.Az