Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Baltsan” (Malta) – "Keşlə” oyununun hakimləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, 12 iyulda keçirilən matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanı Volen Çinkov idarə edəcək. Ona Georgi Doynov və Deniz Sokolov yardımçı olacaq. Dördüncü hakim funksiyasını Draqomir Draganov yerinə yetircək.
Matçın hakim-inspektoru islandiyalı Pyetur Siqurdsson, UEFA nümayəndəsi ingiltrəli Pol Lion olacaq.
Fanat.Az