17:46 04.07.2018 1544

"Neftçi” ilə böyük uğurlar qazanmaq istəyirəm"

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar "Neftçi” TV-yə müsahibə verib.
 
Fanat.Az xəbər verir ki, haitili futbolçu müqaviləsinin müddətinin artırılmasına münasibət bildirib:

"Neftçi” ilə müqaviləni yeniləmək mənim üçün əlamətdar hadisədir. Çünki bu komandaya gəldiyim ilk gündən özümü evimdəki kimi yaxşı hiss edirəm. Hər iki tərəfin təşəbbüsü ilə müqaviləni məhz indi yeniləmək qərarına gəldik. Çünki mən "Neftçi” ilə qarşıdakı illərdə böyük uğurlar qazanmaq istəyirəm. Müqaviləni yeniləmək yerinə düşdü. Ona görə ki, belə olan halda mən yalnız başımı aşağı salıb, rahatlıqla işimi yerinə yetirəcəm. Əlbəttə, "Neftçi” ilə müqavilə imzalamaq mənim üçün irəliyə atılmış addımdır. "Neftçi” böyük ada malik olan şöhrətli klubdur. Hər bir oyunçu karyerasıboyu böyük titullar qazanmaq istəyir. Mənə elə gəlir ki, "Neftçi” ilə müqavilə imzalamaq bunun üçün çox yaxşı vasitədir”.

Təlim-məşq toplanışını dəyərləndirən Mustivar komandanın Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyunları və azarkeşlər barədə danışıb: "Hər şey yaxşıdır. Möhtəşəm bir məkanda təlim-məşq toplanışı keçirik. Həm otel, həm də məşq meydançaları yüksək səviyyədədir. Hazırlığımız öz qaydasında gedir. Bizim üzərimizdə çox çalışan, işimizi asanlaşdıran çox yaxşı məşqçilərimiz var. Məncə, bir az çox qaçırıq. Amma bu normaldır, çünki biz təlim-məşq toplanışındayıq. İlk üç oyunu çox yaxşı keçirdik, yaxşı nəticələr əldə etdik. Qələbələrin davamını növbəti oyunlarda da gətirməliyik və Avroliqadakı ilk oyunumuza hazır olmalıyıq.
 
Təsnifat mərhələsinin oyunlarıdır. Fikrimcə, çətin görüşlər olacaq. Çünki bu iki oyunda hər şey baş verə bilər. Yenə deyirəm, çətin oyunlar olacaq. Biz hər iki matçda əvvəldən sonadək mübarizə aparacağıq. Çünki ilk oyunda qələbə qazanmaqla düşünə bilərik ki, artıq ikinci görüş də həll olunub. Amma bu belə deyil. Əminliklə deyə bilərəm ki, rəqib komanda da oyunlara eyni cür yanaşır. Əlindən gələni edəcək ki, uğurlu nəticə qazansın. Ona görə də bizi mübarizədolu və maraqlı oyunlar gözləyir.

"Neftçi” fanatları inanılmaz dərəcədə çox mükəmməldirlər. İlk növbədə bizi dəstəklədiklərinə görə azarkeşlərimizin hamısına təşəkkürümü bildirirəm. Onlar ən yaxşılardır. İnanıram ki, oyuna çoxlu sayda azarkeş gələcək və bizi sonadək dəstəkləyəcək. Biz isə var gücümüzlə sonadək mübarizə aparacağıq”.

Fanat.Az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
09:00

"Borussiya Dortmund" meksikalıları məğlub edib "Real"a rəqib oldu

01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

17:38

"Qəbələ" baxışa bir neçə legioner dəvət edəcək

17:20

"O, futbol tarixinin ən böyük məşqçisidir" - Yürgen Klopp

17:02

"Şamaxı" istəyir, "Turan Tovuz" Türkiyəyə aparır

16:44

"Bayern Münhen"in ulduzu bu tarixdən yeni nömrə ilə çıxış edəcək

16:26

Ansu Fati Fransa klubuna keçdi - RƏSMİ

15:57

Sloveniya təmsilçisi "Sabah"la oyuna yeni oyunçu ilə çıxacaq

15:38

"Qarabağ" sabah Avstriyaya yollanacaq - Yalnız bir futbolçu toplanışdan kənarda qalacaq

15:22

"Zirə"nin rəqibi 4 futbolçusunu yola saldı

15:04

"Zirə" "Sumqayıt"dan ayrılan futbolçunu heyətinə qatdı

14:46

Azər Məmmədov "Karvan"dan niyə ayrılıb? - Özü açıqladı

14:28

Madrid nəhəngi "Barselona"nın ulduzunu hədəf aldı

14:10

Ramiz Məmmədovun "Mingəçevir"in baş məşqçi postuna təyinatı niyə rəsmiləşmir? - SON DURUM

13:52

"Araz-Naxçıvan" "Qarabağ"ın sabiq vingerini gətirdi

13:44

"Beşiktaş" ingilis forvardla anlaşdı

13:25

“Araz-Naxçıvan” 5-ci səbətdə

13:06

"İmişli"yə keçmək variantı var idi, lakin..." - 2-ci Liqanın bombardiri

12:47

"Mingəçevir"də yeni yarımmüdafiəçi

12:29

Gürcüstan millisinin üzvü İngiltərə Premyer Liqasında oynamağa yaxındır

12:10

“İmişli”nin ilk “peşəkar" addımı

11:51

"Zirə"nin rəqibi Bolqarıstan təmsilçisini məğlub etdi

11:33

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:15

"Qarabağ"ın daha bir rəqibi bilindi

10:57

"İnter Mayami"dən Messi ilə bağlı vacib açıqlama - SON DURUM

10:38

Azərbaycan millisi Belarusla qarşılaşır

Facebookdan bizi izləməyi unutmayın.
X